TƏBİİ EHTİYATLAR COĞRAFİYASI
Coğrafiyanın xüsusi bölməsi; təbii ehtiyatların ayrı-ayrı növlərinin strukturu və ərazi üzrə yerləşməsi, onların iqtisadi cəhətdən qiymətləndirilməsi və təsərrüfatda səmərəli istifadəsi problemlərinin tədqiqi ilə məş-ğuldur.Təbii ehtiyatların və ətraf mühitin mühafizəsi və təkrar istehsalının, həmçinin bəşəriyyətin təbii ehityatlarla təmin olunma dərəcəsinin coğrafi baxımdan öyrənilməsi ilə əlaqədar T.e.c.-nın əhəmiyyəti artır. T.e.c.-nın torpaq fondu, bitki və heyvanat aləmini, aqroiqlim, yeraltı, Dünya okeanı və qurunun hidroloji ehtiyaclarını öyrənən bölmələri var.